Bakıda yol qəzası olub.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Yüksək sürətlə idarə olunan BMW markalı avtomobil “Ford” markalı maşına çırpılıb. Daha sonra idarəetməni itirən BMW yolun əks istiqamətinə çıxaraq həmin yolda hərəkətdə olan “VAZ-21074” və “Saipa” markalı maşınlara dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.