Xəbər verdiyimiz kimi, “Ümidsiz ev qadınları” serialının aktrisası Felisit Hafman qızının universitetə daxil olması üçün rüşvət verdiyinə görə həbs edilmişdi.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, 250 min dollar ödəyərək pul qarşılığında zaminə buraxılıb. Polis onun xarici pasportunu əlindən alıb.

Qeyd edək ki, o, qızı Sofinin imtahandan yaxşı qiymət alması üçün 15 min dollar rüşvət vermişdi.