Şamaxı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:36-da qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.