Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəblini vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.