Martın 13-də saat 21 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini A.Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Çingiz Hacıyevi vurub.

DİN Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.