17 İyun 2019
16 İyun 2019
Ağdaş sakini lyuka düşərək boğuldu
Ağdaş sakini lyuka düşərək boğuldu HADİSƏ 16:57 2019-03-19

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Türyançay” MMC-yə məxsus fermada qeydə alınıb. Orada işləyən, 1994-cü il təvəllüdlü Həşimov Tural Şavəddin oğlu peyin axıdılması üçün nəzərdə tutulan boruları birləşdirən lyuka düşərək boğulub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.