16 İyun 2019
15 İyun 2019
Şəkidə itkin düşən gənc Bakıda tapılıb
Şəkidə itkin düşən gənc Bakıda tapılıb HADİSƏ 19:32 2019-03-19

Martın 15-də Şəki rayonunda itkin düşən gənc tapılıb.

Unikal.org-un məlumatına görə, 1997-ci il təvəllüdlü Fərman Abdulrəhimov Bakı şəhərində dostlarının yaşadığı evdə tapılıb.

Məlumata görə, o, ailəsinə xəbər vermədən Bakıya dostlarının yanına gedib. F.Abdulrəhimovun hansı səbəbdən evi tərk etdiyi bilinmir.

Qeyd edək ki, F.Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.