Bakıda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.