Türkiyədə hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Cizrə-Şırnak yolunda  qeydə alınıb. Mikroavtobusun aşması nəticəsində 1 əsgər ölüb, 20-si yaralanıb.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.