Bakıda yol-nəqliyat hadisəsində piyada zərər çəkib. 

Unikal.org-un məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

1967-ci il təvəllüdlü Həsənov Mail Hacıbala oğlunu “Mitsubishi” markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.