Bakıda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org Report-a istinadən xəbər verir ki, Xəzər rayonu, Günəşli sanatoriyasında yaşayan 1965-ci il təvəllüdlü Fəxrəddin Salmanov pilləkəndən yıxılıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və orada əməliyyat zamanı dünyasını dəyişib.