İqtisadiyyat nazirinin müavini Şirzad Əyyub oğlu Abdullayevin  səhhətində problem yaranıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir müavini başında yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub.  Ş.Abdullayev hazırda müalicə olunur və işə çıxmır.

Xatırladaq ki, Ş.Abdullayev  2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezidentin 2018-ci il 31 may tarixli 163 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.

Orxan Həsənli