Azərbaycanda  5 aylıq körpə zəncirbəndin başlığını udub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Salyanda 5 aylıq Sevinc Məmmədova zəncirbəndin üzərində olan ulduz formalı qıfıllıcanı ağzına götürüb. Bu zaman udduğu qıfıllıca onun tənəffüs yolunda ilişərək qalıb. Çarəsiz durumda olan azyaşlının valideynləri onu paytaxtda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Cərrah Allahverdi Musayev körpəni əməliyyat edərək onun tənəffüs yolunda qalan qıfıllacı çıxarıb. Hazırda Sevinc Məmmədovanın vəziyyəti stabildir.

Famil Fərhadoğlu