Müğənni Manaf Ağayev Rusiyada  böyük çoşğu ilə qarşılanıb.

Unikal.org xəbər verir ki, Moskvanın Domodedova Hava Limanında müğənnini qarşılayan həmyerlilərimiz xüsusi korteclə onu konsert keçirilən məkana aparıblar. Müənnininin saytımıza göndərdiyi videoda yerlilərimizin Novruz Şənliyində Manaf Ağayevin ifaları altında rəqs etməsi və əylənməsi öz əksini tapıb.