Bakı - Quba yolunda yol - nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un
hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, qəza magistralın Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.  Belə ki, hərəkətdə olan “Mercedes” markalı  avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi  yol kənarında  olan gölə girib.
Qəza nəticəsində avtomobildə olan 1 qadın və 2 kişi yüngül bədən xəsarətləri alıblar. Nəqliyyat  vasitəsinə ciddi ziyan dəyib.

Ülvi Rzazadə