Bakı şəhərinin Nərimanov rayonunda evdən meyit tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cü il təvəllüdlü Nuriyeva Raya Qasım qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.