Ağdamda ana qızını qətlə yetirib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki,  rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. 

Günel İsmayılovanın 10 aylıq qızını öldürməsinə ailəsindəki problemlər səbəb olub.

Bu barədə Oxu.az-ın bölgə müxbirinə yerli sakinlər məlumat verib. 

Onların sözlərinə görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub.

Yeni qurulan ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb.