Bakıda avtobusda cibgirlik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.