19 May 2019
18 May 2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 215 oldu - (YENİLƏNİB -2)
Şri-Lankada partlayışlarda ölənlərin sayı215 oldu - (YENİLƏNİB -2) DÜNYA 18:03 2019-04-21

Şri-Lankada baş vermiş  partlayış əticəsində ölənlərin sayı 215 nəfər olub.

Unikal.org xəbər verir ki, ölkədə bu gün saat 18:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq olunacaq. 

xxx

Şri-Lankada gün ərzində sayca 8-ci partlayış qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, növbəti hadisə paytaxt Kolomboda baş verib. Dehiveladakı partlayışda 2 nəfərin öldüyü açıqlanıb. Ümumilikdə isə ölənlərin sayı 185-dən çoxdur.
***
Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib. 

Unikal.org xəbər verir ki, hadisə Dehivela bölgəsində qeydə alınıb. Bundan əvvəl kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb. 

Terror aktında 500-dən çox insanın yaralandığı bildirilir. Ölən və yaralılar arasında əcnəbilər də var.

xxx

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.