Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayonun 1974-cü il təvəllüdlü Uzuntəpə kənd sakini Məmmədov Faiq Məmmədağa oğlu özünü yaşadığı evin həyətində yerləşən tövlədə asıb.

O, dərhal yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin F.Məmmədov Reanimasiya şöbəsində dünyasını dəyişib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.