Paytaxtın Nəsimi rayonunda xarici vətəndaşın maşınından pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da əcnəbi vətəndaşın “Mitsubishi” markalı avtomobilindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş M.Şabanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.