Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.

Unikal.org xəbər verir ki, qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu: (022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.

Qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.