"Beşiktaş"ın bosniyalı ulduzu Adem Ljajiç yeni sevgilisi ilə kameralara tuş gəlib.

Unikal.org xəbər verir ki, uzun müddətdir birlikdə olduğu model sevgilisi Sofiya Miloşeviçlə yollarını ayırdığı deyilən futbolçu kameraları görüncə panikaya düşüb. Onun sevgilisinin əlini buraxması nəzərlərdən yayınmayıb.

Sofiya isə müxbirləri hədələyib:

"Kameralarınızı sındıraram, çəkməyin".

Qeyd edək ki, futbolçu öz ölkəsində şəxsi həyatı ilə bağlı hər zaman diqqət mərkəzindədir.