Müğənni Üzeyir Mehdizadə konsert vermək üçün Qırğızıstana yola düşüb.

Unikal.org-un məlumatına görə, sənətçi paytaxt Bişkekdə təmtəraqla qarşılanıb. Belə ki, hava limanından Üzeyiri qaldığı otelə “Hummer” markalı "Limuzin"lə aparıblar və onu kortej müşayiət edib. Qarşılanma zamanı rəqqaslar Üzeyirin qarşısında çıxış ediblər, ona çiçəklər təqdim olunub. Sənətçi həmçinin yerli telekanallardan birinə müsahibə verib.