"İslami cihad" qruplaşması İsrail hökumətini "Eurovision" musiqi yarışmasına mane olmaqla hədələyib.

"Biz Fələstinə ziyan vurmağa yönəldilmiş istənilən tədbiri pozacağıq və düşmənə mane olacağıq".

Unikal.org xəbər verir ki, "The Times of Israel" bu sözləri fələstinli döyüşçülərə istinadən yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Tel-Əviv rəsmiləri atışmalara baxmayaraq, 14-18 may tarixlərində keçiriləcək musiqi tədbirinə hazırlığın son sürət davam etdiyini deyib.