20 İyul 2019
19 İyul 2019
Bakıda azyaşlı qıza qarşı ƏXLAQSIZLIQ
Bakıda azyaşlı qıza qarşıƏXLAQSIZLIQ KRİMİNAL 16:24 2019-05-08

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Cavid Əhmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Unikal.org "ölkə.az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə hazırlıq iclası may ayının 14-də hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.  

Qeyd edək ki, Cavid Əhmədov paytaxtın Xətai rayonunda 14 yaşına çatmayan Sevda Məmmədovaya (ad və soyad şərti verilib – red.) əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinir.

Cavid Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat göndərilib.
Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

İstintaq orqanı tərəfindən Cavid Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.