Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bağçılar bölgəsinə qeydə alınıb. Belə ki, əlində bir milyon lirə ilə banka gedən Bülənt adlı iş adamı naməlum şəxslərin hücumuna məruz qalıb. 

Məlum olub ki, pullarını banka qoymaq istəyən iş adamı avtomobildən düşərkən 3 nəfər onu izləməyə başlayıb. Həmin şəxslər ona yaxınlaşaraq qarət etməyə çalışıblar. Tərəflər arasında dava sonra silahlı münaqişəyə çevrilib. Hadisə nəticəsində iş adamı yaralanıb.