Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub.

Unikal.org xəbər verir ki, bunlar, Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

Həmin şəxslər "Mercedes" markalı avtomobildə olub.

21:54

xxx

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Unikal.org xəbər verir ki, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü iki ailə imiş və onlar Goranboy rayonundan əsgər görüşündən qayıdaraq Şabrana gedirmişlər.

20:59

xxx

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıtın H. Zeynalabdin  qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində "Mercedes"də olan 5 nəfərin öldüyü bildirilir.