Rusiyanın Rostov vilayətində yaşayış binalarından birində partlayış baş verib. 

Unikal.org xəbər verir ki, Kamensk rayonunda qeydə alınan hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Qaz sızması səbəbindən baş verən partlayış zamanı üç mənzil tamamilə dağılıb, sakinlər təxliyyə olunub. Ölənlərdən birinin 9 yaşlı qız olduğu bildirilir.