Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Unikal.org xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. 

Belə ki, Kürdəmir sakini Ceyhun Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Emin Ağayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.