Tovuzda polis əməkdaşı qəza törədib.

Unikal.org xəbər verir ki, Dövlət Yol Polisinin 9-cu tağım komandiri, polis mayoru Aqil Məmmədov 99 YP 910 dövlət nömrə nişanlı xidməti avtomobilində qəzaya düşüb.

Ağır bədən xəsarətləri alan A.Məmmədov Bakıda DİN-in qospitalında müalicə alır.