Neftin qiymətinin ucuzlaşması Ermənistan iqtisadiyyatına da mənfi təsir edəcək.
 
Bu iddia ilə "Aykakan Jamanak" qəzeti çıxış edib. Qəzet ölkənin Rusiya iqtisadiyyatından çox asılı olduğunu bildirib:
 
"Bizim iqtisadiyyatımız şəxsi transfertlərdən çox asılıdır. Neftin qiymətinin düşməsi rublun da devalvasiyasına səbəb olur. Ermənistana edilən transfertlərin böyük əksəriyyəti məhz bu valyutanın payına düşür. Hökumət isə ölkə iqtisadiyyatının modernizasiyası üçün heç nə etmir". (Axar.az)