Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Rusiya prezident Putinə yazdığı məktuba rəsmi cavab gəlib.
 
Kremlin rəsmi cavabında deyilir ki, Moskva Türkiyə ilə münasibətləri yenidən bərpa etmək istəyir.

"Türkiyə ilə əlaqələri yenidən qurmaq fikrindəyik. Amma öncə Ankaranın lazımlı addımları atması gərəkdir", - deyə Putinin Ərdoğana rəsmi cavabında vurğulanıb.

Qeyd edək ki, dünən Ərdoğan Rusiyanın milli bayramı münasibəti ilə Putinə rus xalqını və onu təbrik edən məktub ünvanlayıb. (Modern.az)