İyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndində keçirilən "Son zəng" tədbirində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxslərin adları məlum olub.

Hadisə zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və 1982-ci il təvəllüdlü Əli Məmmədov saxlanılıb.

Gədəbəy rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı təhqiqat aparılsa da, fakta görə cinayət işi başlanmayıb. Hadisənin konkret hansı səbəbdən baş verdiyi də hələ məlum deyil.(Trend)