"MDB məkanında bütün münaqişələr yalnız sülh, siyasi-diplomatik və ya digər qeyri-hərbi yolla həll olunmalıdır". 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumadakı çıxışında bildirib. 
Nazir deyib ki, bu, həmçinin Ukraynadakı böhrana, Dnestryanı problemə və Dağlıq Qarabağ münaqişəsinə aiddir: "Ən əsası tərəflər əldə olunan razılaşmalara hörmətlə yanaşmalı və onlara yenidən baxılmasına imkan verməməlidirlər". ("Report")