Hindistanın şimal-şərqində onlarla adamın həlak olması ilə nəticələnən dəhşətli qəza baş verib.
Unikal.org xarici mediaya istinadən bildirir ki, Silçamadan Quvaxtiyə gedən sərnişin avtobusu yolun təlükəli ərazisində dərin uçuruma yuvarlanıb.
Polisdən verilən məlumata görə, qəza nəticəsində 30-a yaxın adam ölüb, 11 nəfər yaralanıb. Yerli polis bölməsinin rəisi deyib ki, ölənlərin sayının dəqiqləşdirilməsi insanların bədənlərinin uçurumun bütün ərazisinə səpələnməsi səbəbindən mümkün deyil.
Qəzanın səbəbi hələ ki bəlli deyil. Bundan əvvəl Hindistanda avtobusun dərəyə aşması nəticəsində 25 musiqiği həalk olub, 10-u müxtəlif xəsarətlər almışdı.