Türkiyənin Çengelköy yaşayış məntəqəsində 2015-ci ilin fevral ayında 42 yaşlı arvadı Kübra Kartı öldürdükdən sonra cəsədini parçalara ayırıb zibiliyə atan Tahir Kartın məhkəməsi davam etdirlib.
Unikal.org xəbər verir ki, Anadolu 8-ci Ağır Cinayətlər Məhkəməsində dindirilən 43 yaşlı Tahir Karta ömürlük həbs cəzası istənilib. Prosesdə ifadə verən qatil ər həyat yoldaşını öldürdükdən sonra 52 hissəyə parçaladığını və evinin yaxınlığındakı zibilliyə atdığını etiraf edib.
Məhkəmə bir sıra dəlillərin toplanılması məqsədilə göstəriş verib və Kartın gələn həftə yenidən mühakimə olunacağını açıqlayıb.