Bakıda mikroavtobus yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Qaradağ rayonunda "Ford" markalı mikroavtobusun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.