Asan yolla, evdə oturaraq pul qazanmaq... Sosial şəbəkələrdə bu kimi şirnikləndirici təkliflərlə bəzi işbazlar vətəndaşları internetdə biznes  quırmağa dəvət edir. Nəticədə vətəndaşlardan pul tələb edir, daha sonra saytı bağlayırlar. Bəs belə fırıldaqlara aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?
Unikal.org xəzərxəbər-ə istinadən məlumat verir ki, Aqşin Həsənov da  biznesə 9-a yaxın dostunu daxil edib və hər birinin yerinə 33 dollar ödəyib. Çünki ona gətirdiyi dostlar üçün əlavə faiz  ödəniləcəyi deyilib. Lakin bir müddət sonra həmin sayta daxil olmaq mümkünsüz olub.
Marketoloq Vasif Hüseynov deyir ki, bəzi işbazlar internetdə şəbəkə biznesi qurmaq adı ilə  vətəndaşlardan pul götürür və şəbəkə genişləndikdən sonra saytı  bağlayırlar.  Bəzi şəbəkə biznesləri də var ki, qoşulmaq üçün ödəniş yox, informasiya tələb edir. Yəni, siz  email, əlaqə nömrəsi və ev ünvanını yazmaqla  biznesə qoşulursuz.  Marketoloq deyir ki, informasiyanın da qeyd olunması dolayı yolla pul itkisinə səbəb olur. 
Vasif Hüseynov deyir ki, bu kimi fırıldaqçıların təqdim etdiyi lisenziyalar da inandırıcı deyil. Çünki elə lisenziyanın hazırlanmasını da   özləri təşkil edirlər. Ona görə də aldanmamaq üçün ilk növbədə həmin saytlar ciddi araşdırılmalıdır.