Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza şəhərin Sülh küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil şirkətlərdən birinə məxsus yük avtomobili və daha sonra 9 nömrəli marşrut avtobusu ilə toqquşub. Zərbənin gücündən “Hyundai” markalı avtomobil tamamilə yarasız hala düşüb. Minik avtomobilində olan 2 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.