Gəncədə alkoqolizmdən müalicə alan zaman xəstəxanadan qaçan şəxs tapılıb.

Unikal.org-un xəbərinə görə, 1977-ci il təvəllüdlü Zülfüqar İsmayılovun xroniki alkoqolizm xəstəliyindən müalicə aldığı Gəncə şəhər Norkoloji Dispanserindən heç kəsə heç bir söz demədən çıxıb gedərək itkin düşmüşdü. 

Gəncə şəhər Nizami rayonu Polis Şöbəsinin əməkdaşların apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Z. İsmayılov dünən Tovuzun Qovlar şəhərində tapılıb və ailəsinə təhvil verilib.