Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, “VAZ-21015” markalı maşın Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Yusifov Babək Yusif oğlunu vurub.

Piyada müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.