Sumqayıtda marketdə yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Koroğlu küçəsində yerləşən "Ən ucuz market"də alışma olub. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı marketdəki insanlar təxliyə olunub.