Dünən Bakının Nərimanov rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən şəxsin fotosu və qəzasının görüntüləri yayılıb.

Unikal.org  xəbər verir ki, görüntülərdə yüksək sürətlə hərəkətdə olan avtomobil qarşı hərəkət olan “BMW” markalı maşının “Mitsubishi” markalı avtomobilə çırpıldığı əks olunub. Hadisə nəticəsində “BMW”nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüb.

Unikal.org qəzada faciəli şəkildə ölən 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifovun fotosunu və videonu təqdim edir:

Zaurə Əmirova