Ağstafa rayonun iki kəndinə düşən dolu ciddi fəsadlar törədib.

Unikal.org-un məlumatına görə, rayonun Böyük Kəsik və Ağgöl kəndlərinə 13 dəqiqə davam edən dolu əkin sahələrinə və meyvə ağaclarına ciddi ziyan vurub.  Dolu və güclü yağan yağış yaşayış evlərində də ciddi fəsadlar törədib. Böyük Kəsik kəndində 20-30 santimetrə yaxın dolu düşüb. 

Kənd sakinləri Unikal.org-a göndərdiyi görüntüləri oxuculara təqdim edirik: