Türkiyəli aktyor Halit Ergenç hücuma məruz qalıb.

Unikal.org xəbər verir ki, bu gün İstanbulun Etilər ərazisində olarkən, aktyor arxadan bir avtomobilin yüksək sürətlə onun avtomobilinin arxasında hərək etdiyini görüb. Ergenç yolun kənarında avtomobilini saxalyıb. Arxadan gələn avtomobildən düşən Y.E.A. ve M.A. adlı şəxslər aktyoru təhqir edib və ona güc tətbiq ediblər.

Halit Ergençə yumruqatan həmin şəxslər daha sonra avtomobillərinə əyləşərək, hadisə yerini tərk ediblər.

Aktyor polisə müraciət etdikdən sonra həmin şəxslər saxlanılsa da, ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Onların aktyora niyə hücum etdikləri açıqlanmayıb.

Az sonra isə aktyora hücumun görüntüləri üzə çıxıb.

Olayla bağlı sosial medida məlumat verən aktyor ona hücum edənlərin qanun çərçivəsində cəzalandırılmasına çalışacağını bildirib.