Sərgən Yalçınla yollarını ayıran Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi məlum olub.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi son mövsümdə “Yeni Malatyaspor”un “sükanı arxasında” olan Erol  Bulutla razılıq əldə edib. Tərəflər arasında rəsmi müqavilənin növbəti həftə imzalanması planlaşdırılır.

“Alanyaspor” son mövsümdə Super Liqanı 44 xalla 9-cu pillədə başa vurub.