16 İyun 2019
Bal ayını 10 milyonluq villada keçirəcəklər
Bal ayını 10 milyonluq villada keçirəcəklər MƏDƏNİYYƏT-ŞOU 17:01 2019-06-09

Model Amine Gülşe və futbolçu Mesut Özil cütlüyünün toyu ilə bağlı xəbərlər hələ də gündəmdən düşmür.

Unikal.org xəbər verir ki, Boğazda gerçəkləşən toyda cütlük yaşadıqları eşq qədər etdikləri ilə də dillər əzbəri olub.

Geyindiyi gəliklik çox danışılan Amine 3 dəfə paltar dəyişib. Gəlinliklər 2 aya hazırlanıb. 300 qonağın qatıldığı məclisə 800 min lirə (təxminən 234 min manat) xərclənib. Gecədə Amine Gülşeyə rekord sayda zinət əşyası taxılıb.

Cütlük Mesutun özəl düzəltdirdiyi Alaçatıda yerləşən 10 milyon lirəlık (təxminən 2,9 milyon manat) villada bal ayı edəcək.