Bakıda yaşayış binasında yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Xiyabanı küçəsi 33 ünvanında qeydə alınıb. 16 mərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.