25 İyun 2019
24 İyun 2019
Qobustandakı yanğın helikopter cəlb edilməklə söndürüldü
Qobustandakı yanğın helikopter cəlb edilməkləsöndürüldü HADİSƏ 17:47 2019-06-13

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

Qobustanda baş vermiş yanğın saat 15:00-da Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb